Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, qəza nəticəsində qatarın teplovozu yoldan çıxıb, avtobus sərnişinləri arasında yaralananlar var.
Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib.
