|
Türkiyədə yol qəzası - 26 yaralı, ölən də var

Türkiyənin qərbində Uşak vilayətində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

1 nəfərin öldüyü bildirilir. Ölənlərin sayının artması istisna edilmir.

 

Xəsarət alanların hamısının Türkiyə vətəndaşları olduğu və xəstəxanalara yerləşdirildiyi deyilir.