Bu gün Milli Məclisdə hökumətin hesabatı ətrafında gedən müzakirələr zamanı maraqlı anlar yaşanıb.
AzVision.az-ın məlumatına görə, deputat Zahid Oruc çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan daha beş dəqiqə artıq danışmaq istədiyini bildirib. O hətta bu məqsədlə bəzi Həccdə olan həmkarının öz çıxış vaxtını da ona verdiyini qeyd edib və əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq. Spiker Oqtay Əsədovun isə buna cavabı isə çox maraqlı olub: “Siz nə vaxtdan hacı olmusunuz? Sizə kim vaxtını verib?”.
Zahid Oruc belə cavab verib: “Deputat həmkarım Hacı Madər dedi ki, inşallah növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəyəm”.
Spiker də “ Elə buna görə də, əlavə vaxt vermirəm”, deyə deputata cavab verib.
