İmişli rayonunda yerləşən "Neftçilər binası"nın sakinləri kanalizasiya suyundan əziyyət çəkir.
CİA.Az Avropa.info-ya istinadən xəbər verir ki, bir ildən artıqdır kanalizasiya sistemi bərbad hala düşdüyündən tez-tez çikab sular binanın birinci mərtəbəsindəki evlərə dolur.
Sakinlər dediyinə görə, bina artıq çokmə təhlükəsi ilə üzləşib.
Onların sözlərinə görə, Vilyam Hacıyev İmişliyə icra başçısı gələndən sonra binanın balkonların sökdürərək, yeni "still"də düzələcəyini desə də, vədinə əməl etməyib. Elə o səbəbdən də, binanın balkonları sökülsə də, "yeni stil"dən xəbər yoxdur. Yəni, balkonsuz qalıblar. Bundan əlavə, binanın fasadının da təmiri illərdi yarımçıq qalıb.
