|
Marneulidə mini futbol çempionatı keçirilir

Avropa İdman Həftəsi çərçivəsində Marneuli bələdiyyəsi və Marneuli bələdiyyəsinin idman məktəbinin birgə təşkilatçılığı ilə təşkilatlararası mini futbol çempionatı davam edir.

Trend-in məlumatına görə, futbol çempionatında yerli təşkilatlarla yanaşı meriya və Sakrebulonun əməkdaşlarından ibarət komandalarda yarışırlar.

 

Futbol çempionatının qalib komandası sentyabrın 29-da bəlli olacaq.