|
“Barselona” emblemində nəyi dəyişdi?

İspaniyanın “Barselona” futbol klubu yeni emblemini təqdim edib.

Trend-in məlumatına görə, 2019/20 mövsümündə istifadə olunacaq emblem formasını qoruyub. Əsas dəyişiklik emblemdə olan “FCB” (“Barselona” futbol klubu) abbreviaturasının olmaması olacaq.

Daha öncə futbol klubu emblemində dəyişikliyi 2002-ci ildə edib.