|
Antalyada 4 bal gücündə zəlzələ olub

Türkiyənin Antalya vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

Trend-in türk KİV-lərinə istindən verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla 03:26-da baş verib.

 

Zəlzələ ocağının dərinliyi 78 kilometr təşkil edib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.