|
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri dəyişdirilib

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibində dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, Komissiyanın tərkibində Elçin Əfəndiyevin əvəzinə Baş nazirin müavini Əli Həsənov yer alıb.