|
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistan Respublikasına səfərə gəlib.

Düşənbə şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi Tacikistanın Baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşıladılar.