|
Oleq Safonov: "Rusiyalı turistlərin Azərbaycana səfərləri üçün turpaketlərin təşkilində maraqlıyıq"

Biz rusiyalı turistlərin Azərbaycana səfərlərinin təşkili üçün turpaketlərin yaradılmasında maraqlıyıq.

Trend-in məlumatına görə, bunu 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində keçirilən “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda "dəyirmi masa" zamanı Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov deyib.