Bu gün Topaz Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunu keçirilib.
Qol.az-ın xəbərinə görə, ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xalını 13-ə çatdıran Ağdam klubu vurulan və buraxılan qolların nisbətinə görə "Neftçi"ni qabaqlayaraq liderliyə yüksəlib.
26 sentyabr (çərşənbə)
20:00.“Qarabağ” – “Zirə” - 3:2
Qollar: Filip Ozobiç, 28-pen (1:0), İnnosent Emeqara, 48 (2:0), Mirsahib Abbasov, 56 (2:1), 82 (2:2), İnnosent Emeqara, 85 (3:2)
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azər Əsgərov, Xəlil Xəlilov
“Azersun Arena”
