|
Donald Geryenin son durumu - Qurban Qurbanovdan açıqlama

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasında "Zirə"yə evdə 3:2 hesabı ilə qalib gəldikləri görüşdə zədələnən Donald Geryenin son durumu ilə bağlı açıqlama verib.

Qol.az-ın məlumatına görə, o, haitili yarımmüdafiəçinin çiyninin çıxdığını deyib: "Həkimlər çiynini yerinə salıblar. Hələ ki, başqa məlumat yoxdur".

 

Qeyd edək ki, D.Gerye 33-cü dəqiqədə zədələnib və Ansi Aqolli ilə məcburi əvəzlənib.