|
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda monakolu həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monakonun Xarici İşlər və Əməkdaşlıq Naziri Gilles Tonelli ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, nazirlər ikitərəfli münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.