Hollivud ulduzu Ancelina Coli çəkiliş meydançasında paparassilərin fotokamerasına tuş gəlib.
"Come Away" filminə görə aktrisa görünüşündə dəyişiklik edib. Belə ki, Coli sarışın olub.
Ancelina burada baş rolu ifa edir. 1900-cı illərin dəbində geyinən aktrisa saçlarını boyamaq istəməyib. Buna görə də onun obrazına uyğunlaşdırılması üçün sarı parikdən istifadə edib.
