Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb.
Dövlət başçısı Qars şəhərinə səfər edib. İham Əliyev martın 17-də Qarsda Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, İlham Əliyev bu gün Qarsda TANAP qaz kəmərinin türk hissəsinin bünövrəsinin qoyulması mərasimində iştirak edəcək.
