|
Məşhur cütlük hava limanı böyüklüyündə ev tikdirir

35 yaşlı Kris Hemsvort və 42 yaşlı əri Elza Pataki böyük villa tikdirir. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, malikanə məşhur cütlüyə 8 milyon dollara başa gəlib. 
Kris və Elza evi aktyorun ata yurdunda - Avstraliyanın Bayron-Bi şəhərində tikdirir. Evdə 8 yataq, 11 vanna otağı, SPA salon, kinoteatr, oyun zalı, böyük hovuz olacaq. 
Hələ tikilməkdə olan evin ilk görüntüsü yayılıb. Görənlər malikanəyə "Hava limanı böyüklüyündə ev" şərhini yazıblar.