|
Gənc pianoçunun ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində gənc pianoçu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva geniş konsert proqramı ilə çıxış edib.

Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə gənc ifaçı V.A.Motsart, F.Şopen, Q.Qarayev və S.Prokofyevin əsərlərini səsləndirib.

Konsert böyük maraqla dinlənilib.