|
Zeynəb Xanlarova Nyu-Yorku ayağa qaldırdı

Dünya şöhrətli Zeynəb Xanlarova. Uzun illər musiqidən kənar gəzən Azərbaycan və SSRİ xalq artisti Zeynəb Xanlarova səhnəyə çıxıb. O, Birləşmiş Ştatların Nyu-York şəhərində konsert verib.

ANS TV-nin Amerika bürosunun məlumatına görə, Azərbaycan müsiqisinin canlı əfsanəsi, SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın Nyu-Yorkda növbəti konserti keçdi. “Master Theatre”də baş tutan “Xoş gördük, əzizlərim” adlı konsert proqramına karifey sənətkar eyni adlı mahnısı ilə başladı.

Səsinin sehri ilə bütün dünyanı özünə sevdirən Zeynəb Xanlarova konsertində ən çox sevilən mahnılarının ifa elədi.

“Doğmasan mənə”, “Anacan”, “Qadan mən alım”, “Gül yanaqlım”, “Azərbaycan maralı” və digər sevilən mahnılarını ifa edən canlı karifeyin konserti anşlaqla keçdi. 

“Niyə yox deyirsən”, “Olmaz, olmaz” mahnılarını ifa edən zaman isə Azərbaycan musiqisi üçün darıxan tamaşaçıları yerində qaldırdı.

Sənətkar zarafatları, şirin söhbətləri konsertə rəng qatdı. Səsilə hər kəsə mənəvi qida verən çanlı karifeyin növbəti konsertində azərbaycanlılarla yanaşı amerikalılar və başqa millətin nümayəndələri də vardı.

“Mən çox şadam ki, Zeynəb Nyu-Yorka gəlib. Bura toplaşanlarqadınlar deyirlər ki, ay Allah ildə bir dəfə olsun Zeynəb xanım Nyu-Yorka gəlib bizi yada salsın”, – deyə ABŞ-da yaşayan azərbaycanlı David Yusifov vurğulayıb.

“Mən azərbaycan dilini başa dümürəm, amma musiqinin gözəlliyini anlayıram. Həqiqətən möhtəşəm ifadır. Əl çalmaqdan əllərim az qala ağrıyır”, – deyə ABŞ vətəndaşı, Tim Dann bildirib.

Üç saata yaxın dayanmadan oxuyan ustad sənatkar konsertlə bağlı təəssüratlarını bizmlə də bölüşdü.

“Açığını deyim ki, mən həmişə xarici ölkəyə səfər edəndə hər şeyi unuduram. Özümə elə gəlir ki, evdə oxuyuram, ailəmin içindəyəm. Mən burdakı insanları çox sevirəm. Mən özümü Bakıda hiss etdim. Elə bilirəm ki, Bakıdayam “, – deyə xalq artisti Zeynəb Xanlarova qeyd edib.

Zeynəb Xanlarova konsertə “Birlik” mahnısı ilə yekun vurdu.