|
Şəhriyar Məmmədyarov ata oldu

Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov ata olub.

İdmançı sosial şəbəkədə paylaşım edərək məlumat verib.

O, yeni doğulan körpəsi ilə şəklini hesabında yerləşdirib. Şahmatçının yaxınları və izləyiciləri onu ata olması münasibətilə təbrik ediblər.