|
Ukrayna Macarıstan konsulunu ölkədən çıxarır

Ukrayna Macarıstan konsulunu ölkədən çıxarmaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin “Twitter” səhifəsində yazıb.

O bildirib ki, buna səbəb konsulun Ukrayna rəsmi qurumlarına xəbər vermədən Zakarpatye bölgəsində yaşayanlara Macarıstan pasportları verməsidir.

Rəsmi Kiyev bunu qeyri-dost addım kimi qiymətləndirib.