|
Bu il metrodan 150 milyondan çox sərnişin istifadə edib

Cari ilin yanvar-avqust aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artma müşahidə olunub.

 

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 150,4 milyon nəfərə çatıb.