|
Tərcümə Mərkəzinin fəaliyyəti Belarusda mükafata layiq görülüb

Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi beynəlxalq layihələrə görə Belarus İnformasiya Nazirliyi tərəfindən mükafata layiq görülüb.

Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin bir qrup əməkdaşı Azərbaycan-Belarus ədəbiyyatlararası mübadilələrin təşkili istiqamətində göstərdiyi xidmətlərə görə Belarus nformasiya Nazirliyinin Xüsusi Diplomuna layiq görülüb.