SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların aşkar olunması və ilkin kəşfiyyat işləri ilə bağlı bir sıra xarici şirkətlərlə danışıqları yekunlaşdırıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanda Neftçilər gününə həsr olunmuş tədbir zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, danışıqların yekunlarına əsasən artıq razılıq da əldə olunub.
