|
Yəməndə aviazərbə balıqçıları öldürdü

Yəmənin qərbindəki Hodeyda əyalətində koalisiya qüvvələrinin zərbəsi nəticəsində 18 nəfər həlak olub.

Trend-in məlumatına görə, həlak olanlar balıqçılar olub.

 

Qeyd olunur ki, zərbə balıqçıların olduğu qayığa endirilib. Zərbə nəticəsində qayıqda olan yalnız bir balıqçı sağ qalıb.