|
Türkiyədə avtobus qəzası - 7 ölü, 20 yaralı

Türkiyənin Afyon-Karahisar vilayətində sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfərin öldüyü, daha 28 nəfərin yaralandığı bildirilib. Bütün xəsarət alanların Türkiyə vətəndaşları olduğu bildirilir.

 

Yaralıların vəziyyəti orta qiymətləndirilir.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.