|
Murad ayrılığı etiraf etdi

Xəbər verdiyimiz kimi, müğənni Murad Dalkılıç və Hande Erçelin ayrılması haqda xəbərlər yayılıb.

Müğənni ötən gün məkanlardan birində görüntülənib. İddialara görə, o ayrılıq xəbərlərinin doğru olduğunu deyib. Dalkılıç “Hande ilə münasibətin bitməsi doğrudurmu” sualına “Gördüyünüz kimi yalnızam” cavabını verib.

Qeyd edək ki, ikilinin ayrılmasına xəyanətin səbəb olduğu deyilir.