|
Fici sahillərində güclü zəlzələ baş verib

Sakit okeanda Fici adaları sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin ocağı Suva şəhərindən 810 kilometr cənubda yerləşib, onun dərinliyi 570 kilometr olub.

 

Sunami təhlükəsi elan olunmayıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.