|
Bir vaxtlar küçədə gecələyən məşhur zənginlər

Bir vaxtların evsizləri indi dünyanın ən məşhur və zəngin şəxsləridir.

Cia.az bir zamanlar yatmağa belə yer tapmayan, indisə dünyanın zəngin şəxsləri hesab olunan məşhurları təqdim edir.

90-cı illərin country kraliçası olan Şania Tvein indi 350 milyon dollarlıq sərvətə sahibidir. 22 yaşında valideynlərini yol qəzasında itirdikdən sonra özündən kiçik bacı-qardaşlarına baxmaq məcburiyyətində qalıb. O, Torontoda evsizlər üçün sığınacaqlarda, avtobuslarda yatırmış. 

Dünyada  ilk “qara pişik qadın” kimi tanınan Eartha Kitt aktrisa olmadan Nyu Yorkda müxtəlif binaların damlarında yatırmış.

Bu gün 250 milyon dəyərində sərvətə sahib seks simvolu və dünya ulduzu ola bilər. Ancaq bu məşhurluğa çatmadan əvvəl çətin günlər yaşamış Cenifer Lopez rəqs studiyasında işləyir, orda da qalırmış.

20-ci yüzilliyn birinci yarısında ən məşhur və səssiz filmlərin sevimli aktyoru Çarli Çaplin atası öldükdən, anası da ruhi xəstəxanaya yerləşdirildikdən sonra həyatının ən çətin günlərini yaşayıb. Londonun soyuq küçələrində qalıb işləyəndə cəmi 10 yaşı vardı.

İki uğursuz evlilik, bir neçə yanlış münasibət və intihara təşəbbüs, üstəlik evsiz olmaq “Oskar” mükafatçısı Halle Berrinin xoş günlər yaşamadığının göstəricisidir.

Bu günlərdə ən yaxşı və ən çox qazanan aktyor elan edilən, 150 milyon dollarlıq sərvəti olan Jim Keri. Həyat gənc yaşlarda ona bu cür xoş davranmayıb. 15 yaşında atası işini itirdikdən sonra parkda qalan ailə kirayələrdə gəzib.

Tanınmış çinli rejissor Con Uooun atası vərəm olduqdan sonra ailə çətin anlar yaşayıb. Con 7 yaşında ikən evləri tam yanıb, iki il sığınacaqlarda yaşayıblar.

“Rembo” kimi tanıdığımız Silvester Stallone gənc yaşlarında üç həftə boyunca Port Authority dayanacağında gecələyib. Bu çətin günlər 100 dollar qazanana kimi davam edib.

Stiv Cobs deyərkən ağıla ilk gələn “pul, pul və daha çox pul”dur. Ancaq “iPhone”nun atasının öz dediklərinə görə, məktəb vaxtı yataqxanaya verəcək pulu olmadığından sinif yoldaşlarının evində yerdə yatırmış. “Cola”nın metal qapaqlarını geri qaytarıb çörək alırmış.  

Ceyms Bond kimi tanıdığımız aktyor Deniel Kreyqin də parklarda yatdığı vaxtları olub.(lent.az)