Amerikanın 36 yaşlı pop ifaçısı, “Pussy Cat Dolls” qrupunun keçmiş üzvü Nicole Scherzinger yenidən fotokamera qarşısına keçib.
Müğənni-model depressiyadan çıxmaq niyyətində deyil. Həyatına sevgilisiz davam edən Nicole cazibədarlığını üzə çıxaran daha bir fotosessiya etdirib. O, işi ilə hər şeyi unutmağa çalışdığını bildirib, keçmişi sildiyini müsahibəsində əlavə edib. 36 yaşlı sənətçi keçmişi barədə suallardan qaçdığını, bu barədə danışmaq istəmədiyini qeyd edib.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl 7 illik sevgilisi Lewis Hamiltonla ayrılmışdı. Lewisin adı isə İrina Şeyklə hallanmağa başlamışdı.(qafqazinfo)










