"Mançester Yunayted"in baş məşqçii Pep Quardiola Kevin de Brüynenin təzminat qiymətini açıqlayıb.
Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis belçikalı yarımmüdafiəçinin dəyərinin 250 milyon avro olduğunu bildirib:
“O, çox yaxşı və çevik futbolçudur. Hər şeyi bacarır. İnanılmaz oyunçudur. Kevinin təzminat qiyməti 250 milyon avrodur. Amma üzrlü sayın, o satılmır”.
Qeyd edək ki, de Brüyne bu ilin yanvarında “Mançester Siti” ilə müqaviləsinin müddətini 2023-cü ilə qədər uzadıb.
