|
Aktyor ikinci dəfə ata oldu

Aparıcı-aktyor Alp Kırşan və Zeynəb Kırşan cütlüyünün ikinci övladı dünyaya gəlib.

İkilinin oğlu doğulub. Alp oğluna Ata adını verib. Bu barədə aktyor İnstaqram hesabında yazıb:

“Efedən sonra ikinci oğlumuz Ata dünyaya gəldi. Sağlamdır. Çox xoşbəxtik. Ürəyi bizimlə olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, cütlüyün Efe adlı bir övladı da var.