|
Madonnanın qızı tüklü ayaqla podiuma çıxdı

Müğənni Madonnanın qızı Lourdes Leon Nyu-York Moda Həftəsində podiuma çıxıb.
21 yaşlı model tədbirinin ən diqqət çəkən ismi olub.

Belə ki, Lourdes həm geyimi, həm də tüklü ayaqları ilə diqqət mərkəzində olub.
Leon, demək olar ki, podiuma yarıçılpaq çıxıb. Onun əynində sinəsini örtən dəniz qabığı və çırıq şalvar olub.