Dövlət Gömrük Komitəsi 2018-ci il Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
O qeyd edib ki, 8 ayın yekunu üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu artıqlaması ilə yerinə yetirilib.
