|
"Sınıq Körpü"də Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək

"Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.