|
Rusiyanın Xabarovsk şəhərində təyyarə məcburi eniş edib

Moskvadan Yujno-saxalinsk şəhərinə uçan sərnişin təyyarəsi Xabarovsk hava limanında məcburi eniş edib.

Trend-in "İnterfaks" istinadən verdiyi məlumata əsasən, məcburi enişə səbəb sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.

 

Təyyarə yerli vaxtla 07:36-da Xabarovskda enib. Qeyd olunur ki, vəziyyəti pisləşən sərnişin huşunu da itirib. Sərnişin xəstəxanaya yerləşdirilib.