Qərar partiya Divanının bu gün keçirilən iclasında qəbul edilib. Bu barədə məlumatı Divan üzvü Razim Əmiraslanlı açıqlayıb.
Razim Əmiraslanlının sözlərinə görə, aprelin ortalarında keçirilməsi planlaşdırılan mitinqin dəqiq vaxtı və şüarı partiya strukturlarında müzakirə edildikdən sonra qəbul olunacaq.
Divanın iclasında həmçinin bölgələrdəki müşavirələr və Sabunçu təşkilatında keçirilən konfransla bağlı məlumat dinlənilib.
Eyni zamanda ictimai-siyasi və cari məsələlər müzakirəyə çıxarılıb.
