|
Əfqanıstanda aksiya zamanı partlayış - Onlarla ölü

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində etiraz aksiyası zamanı partlayıcı qurğu işə salınıb.

Trend-in məlumatına görə, partlayışı intiharçı-terrorçu törədib.

 

Hadisə nəticəsində onlarla şəxs həlak olub və yaralanıb. İtkilərin dəqiq sayı hələlik məlum deyil.

Qeyd olunur ki, etirazçılar yerli polis rəisinin istefası tələbi ilə aksiya keçirirdi.