|
Türkiyədə hərbi avtomobil partladıldı

Türkiyənin şərqindəki İğdır vilayətində hərbi avtomobil partladılıb.

Trend-in məlumatına görə, hadisə dağ yolunda patrul xidməti həyata keçirilərkən baş verib.

 

Partlayış nəticəsində 4 hərbçi yaralanıb.

İlkin məlumatlara əsasən, partlayış PKK mənsubları tərəfindən törədilib.