|
BP “Şahdəniz-2” yatağının işlənməsi barədə

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan işlər qrafiki qabaqlayır.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.

 

O bildirib ki, “Bravo” platformasında dörd quyudan hasilat işlərinə başlanılıb:

“Növbəti aylar ərzində bu quyuları təmizləməliyik. Qeyd edim ki, layihə ilə bağlı bütün gözləntilərimiz özünü doğruldur. Biz ilin əvvəlində müəyyən etdiyimiz qrafiki qabaqlayırıq”.