|
Yeni Kaledoniya sahillərində zəlzələ baş verib

Yeni Kaledoniya sahillərində 6.1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələ Sakit okean sahillərində qeydə alınıb.

Zəlzələnin episentri Tadine yaşayış yerindən 205 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində sunami təhlükəsi, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.