Son günlər ayrılma xəbələri yayınan cütlük - Devid və Viktoriya Bekhem Fransada istirahət edərkən görüntülənib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir yaxtada dincələn Bekhemlər sarmaş-dolaş paparazzilərə tuş gəlib.
Devidlə Viktoriyanın öpüşərkən və qucaqlaşarkən görüntülənməsi onların bir daha ayrılma xəbərlərinin yalan olduğunu sübut edib.Qeyd edək ki, 19 ildir birlikdə olan Devid və Viktoriyanın bu yaxınlarda boşanmaq istədikləri vurğulanırdı. Viktoriya bununla bağlı sosial media hesabında paylaşım edərək xəbərlərin yalan olduğunu qeyd etmişdi. Cütlüyün 4 övladı var.


