|
"Fazilet xanım və qızları"nın aktrisası məşhur seriala daxil oldu

Star TV-də yayımlanan "Söz" serialına yeni mövsümdə sürpriz aktrisa daxil olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ekran işində bundan sonra tamaşaçılar aktrisa Dəniz Baysalı da görə biləcəklər.

Bir-birindən maraqlı səhnələri ilə izləyici sevgisi qazanan serialda Dəniz prokuror "Dərya" obrazına həyat verəcək.

 

Qeyd edək ki, Baysal bundan əvvəl oynadığı "Fazilet hanım ve kızları"dakı "Hazan" obrazı ilə daha çox şöhrət qazanmışdı.