|
TRACECA və CAREC arasında əməkdaşlıq sazişi imzalanıb

TRACECA hökumətlərarası komissiyasının daimi katibliyi və Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq İnstitutu (CAREC) əməkdaşlıq barədə razılaşma imzalayıb.

Trend-in məlumatına görə, bu barədə anlaşma memorandumu Bakıda imzalanıb.

Sənədi TRACECA hökumətlərarası komissiyasının daimi katibliyinin Baş katibi Mirça Çopraqa və CAREC institutunun direktoru Bayara Sancasuren imzalayıb.