|
Sərnişin avtobusunda  insident.

Bu gün saat 09:15 radələrində Ramana-Gülçülük istiqamətində sərnişin daşıyan 66 saylı avtobusda sürücü ilə sərnişinlər arasında qalmaqal baş vermişdir.Hadisəyə səbəb sürücünün sərnişindaşıma qaydalarına rəayət etmədən avtobusu naşı şəkildə idarəsi olmuşdu. Sərnişinlərin etirazına məhəl qoymayan sürücü onları ağır sözlərlə acılamaqdan belə cəkinməyərək yoluna davam etməsi vətəndaşları daha da çilədən çıxarıb. Sərnişinlər şürücünün özbaşnalığına etiraz olaraq avtobusu tərk edərək başqa avtobusla yola davam etməli olublar.

 Məsələ ilə bağlı aidiyyatlı orqanlara müraciət etdik. Bildirildi ki, belə vətəndaş şikayətləri ilə tez –tez qarşılaşırıq. Hələ ki bu məsələni kökündən həll etmək mümkün deyil.

Pərvin Abışova.