|
Türkiyədə mikroavtobus aşıb, çox sayda xəsarət alan var

Türkiyənin Giresun şəhərində mikroavtobus aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində 16 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

 

Qeyd edilir ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.