|
Yeni Zelandiya sahillərində daha bir güclü zəlzələ

Bu gün Sakit okeanın Yeni Zelandiya sahillərində 7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Trend ABŞ Geoloji Xidmətinə istinadən məlumat verir.

Zəlzələnin episentri L'Esperans Rok adasından 113 km cənub-şərqdə, dərinliyi isə 134 km olub.

 

İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.

Xatırladaq ki, iki gün əvvəl təqribən bu ərazidə 6,5 bal gücündə zəlzələ qeydə alınmışdı.