“Milan”ın müdafiəçiləri - Alessio Romanyoli və Mattia Kaldara “Çelsi”nin maraq dairəsinə düşüblər.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, London klubunun baş məşqçisi Mauritsio Sarri qışda müdafiə xəttini həmyerlilərinin sayəsində gücləndirmək istəyir.
Qeyd edək ki, “Çelsi” daha əvvək “Yuventus”dan Ruqanini transfer etmək istəsə də, qarşı tərəfdən mənfi cavab almışdı.
