|
Röne Körinq: Fuad İbrahimov musiqinin tələb etdiyi və hər kəsdə olmayan böyük enerjiyə malikdir

Fuad İbrahimov çox yüksək qiymətləndirirəm. O, B. Bartokun əsərini son dərəcə gözəl təqdim etdi. Onun istedadına heyran oldum. O, artıq gözəl karyera qurub. Namizədlik üçün göndərdiyi videoda bunu artıq görmüşdüm. F. İbrahimov musiqinin tələb etdiyi və hər kəsdə olmayan böyük enerjiyə malikdir. Bu onu digərlərindən fərlqləndirir. Hətta münsiflər heyətində bir nəfər bildirdi ki, əgər o, belə davam etsə tab gətirməyəcək. Ancaq mən dedim ki, o, çox möhkəmdir. Bunun öhdəsindən əla gələcək. Nəticə bunu bir daha təsdiqlədi.

Bu fikri Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin bədii direktoru Röne Körinq AZƏRTAC-a müsahibəsində bildirib.

R. Körinq F. İbrahimovun yüksək istedadından söz açaraq, onun özünəməxsus səciyyəvi xüsusiyyətləri olduğunu bildirib.

O, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsi uğurla başa çatdığını, müsabiqənin gənc dirijorları tanımağa və onları tanıtmağa imkan yaratdığını diqqətə çatdırıb. Müsabiqəyə 350 namizəd öz dosyesini təqdim etmişdir. Bu qədər namizəd arasında qalib gəlmək gərgin zəhmətinin bəhrəsidir.

R. Körinq müsabiqədə 1-ci yerin olmadığı və iki 2-ci yerin olması ilə bağlı bildirib ki, iki nəfər arasında tərəddüd yarananda, yəni rəqabət güclü olanda, birinci yer olmur və hər iki namizədə 2-ci yer verilir. Beləliklə, ədalətli qərar qəbul edilir.