|
“Onun hər halını bəyənirəm”

Xəbər verdiyimiz kimi, aktyor Burak Özçivit İnstaqram hesabında uzun saçlı şəklini yerləşdirmişdi. İzləyiciləri onun bu halını ələ salmışdı.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktyor ötən gün həyat yoldaşı Fahriye Evcenlə görüntülənib. Aktrisa Burakın yeni imici haqda danışıb və bəyəndiyini vurğulayıb:
“Mən də saçlarını uzatmağını istəyirdim. Buna görə də bu halını çox bəyəndim. Onun hər halını bəyənirəm”.