|
Nazir: Neft-qaz sektoruna yatırılan ümumi investisiyaların həcmi 95 milyard dollar olub

Azərbaycanın neft-qaz sektoruna yatırılan ümumi investisiyaların həcmi 95 milyard dollar təşkil edir.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.

 

Nazir bildirib: “Ötən il 2 milyardıncı ton neftini hasil edən Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınır və qlobal enerji layihələrinin müəllifidir”.